TECHVENTS MMC — Tikinti və mühəndislik | Fəaliyyət istiqamətləri
Tikinti & Mühəndislik

TECHVENTS MMC — müasir mühəndislik həlləri ilə etibarlı və komfortlu məkanlar

TECHVENTS MMC tikinti və mühəndislik sahəsində fəaliyyət göstərən, müxtəlif təyinatlı binalarda mühəndis-kommunikasiya sistemlərinin quraşdırılması və texniki həllərin həyata keçirilməsi üzrə ixtisaslaşmış şirkətdir.

Şirkət İsitmə, Soyutma, Havalandırma, Su təchizatı, Elektrik və Zəif axın sistemlərinin layihələndirilməsi, quraşdırılması və istismara verilməsi istiqamətində xidmətlər göstərir.

Fəaliyyət istiqamətlərimiz

Hər bir sistem üzrə layihələndirmə, quraşdırma və istismara vermə xidmətləri tam peşəkar yanaşma ilə həyata keçirilir.

İsitmə sistemləri

Binaların istiliklə təmin olunması üçün müxtəlif isitmə sistemlərinin quraşdırılması, o cümlədən radiator, isti döşəmə, qazanxana və digər istilik avadanlıqlarının montajı.

Soyutma sistemləri

Kondisioner sistemləri, mərkəzi soyutma qurğuları və digər iqlimləndirmə avadanlıqlarının quraşdırılması ilə obyektlərdə optimal temperatur şəraitinin yaradılması.

Havalandırma sistemləri

Təmiz havanın təmin edilməsi, çirkli havanın xaric olunması və hava mübadiləsinin təşkili üçün havalandırma sistemlərinin quraşdırılması. Buraya mexaniki havalandırma, tüstü xaricetmə və digər əlaqəli sistemlər daxildir.

Su təchizatı və kanalizasiya sistemləri

İçməli və texniki su xətlərinin, isti su sistemlərinin, nasos avadanlıqlarının və kanalizasiya xətlərinin quraşdırılması. Sistemlərin etibarlı və fasiləsiz işləməsi üçün müvafiq texniki həllər tətbiq olunur.

Elektrik sistemləri

Binaların elektrik enerjisi ilə təmin olunması üçün elektrik xətlərinin, paylayıcı lövhələrin, kabel sistemlərinin, işıqlandırma və digər elektrik avadanlıqlarının quraşdırılması.

Zəif axın sistemləri

Təhlükəsizlik kameraları, yanğın siqnalizasiya sistemləri, girişə nəzarət, domofon, strukturlaşdırılmış kabel şəbəkələri, internet və digər zəif axın sistemlərinin quraşdırılması.

İş prinsiplərimiz

TECHVENTS MMC hər bir layihəyə fərdi yanaşaraq, obyektin texniki xüsusiyyətlərini, funksional tələblərini və sifarişçinin ehtiyaclarını nəzərə alır. Məqsədimiz mühəndis sistemlərinin keyfiyyətli, təhlükəsiz, enerji səmərəli və uzunmüddətli fəaliyyətini təmin etməkdir.

Şirkətimiz layihələrin müxtəlif mərhələlərində — ilkin texniki qiymətləndirmədən başlayaraq, quraşdırma, sınaq və istismara verməyə qədər — peşəkar xidmət göstərməyi qarşısına məqsəd qoyur.

TECHVENTS MMC — müasir mühəndislik həlləri ilə etibarlı və komfortlu məkanların yaradılması.